close
Məzmuna keç

Tsay İnven

Vikipediya, azad ensiklopediya
Tsay İnven
çin. 蔡英文
Çin Respublikasının Prezidenti
20 may 2016 19 may 2024
SonrakıLai Çinq-Te
Demokratik Tərəqqi Partiyasının sədri
20 may 2020 26 noyabr 2022
28 may 2014 24 noyabr 2018
27 aprel 2011 29 fevral 2012
20 may 2008 17 mart 2011
Qanunverici Yuan üzvü
1 fevral 2005 25 yanvar 2006
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1956(1956-08-31)[1][2][…] (69 yaş)
Doğum yeri
Partiya
  • Demokratik Tərəqqi Partiyası[d] (2004-cü ildən)
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, universitet müəllimi, hüquqşünas, partiya rəhbəri[d]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, Rəqabət hüququ

Təltifləri Order of Belize — 2018 "Fransisko Morasan" ordeni — 2016 Grand Cross of the National Order of Honor and Merit — 2018 Order of José Matías Delgado — 2017 Order of the Five Volcanoes — 2023 Order of St Christopher and Nevis — 2019 Order of the Quetzal — 2017
İmzanın şəkli
english.president.gov.tw
president.gov.tw/Default…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsay İnven (çin. 蔡英文; ing. Tsai Ing-wen; 31 avqust 1956[1][2][…], Çjunşan[d]) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti.

1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub. 2004-cü ildə Demokratik Proqressiv Partiyaya (DDP) üzv olub.

2004-cü ilin dekabrından 2006-cı ilin yanvarına qədər — Qanunverici Yuan üzvü olub. 2006-cı ilin yanvar ayında Çin Respublikası Baş nazirinin müavini təyin edildi, 2007-ci ilin mayında bütün kabinet ilə birlikdə Baş nazir Su Çjuençan istefa verdi. 20 may 2008-ci ildə DPP sədri seçildi. 2012-ci il prezident seçkilərində DPP-yə namizəd oldu. 2012-ci ildə 45,6% səs alaraq prezident seçkilərində uduzdu və partiya lideri olaraq istefa verdi. 2014-cü ilin may ayında yenidən partiya sədri seçildi.

  1. 1 2 Pletcher K. Tsai Ing wen // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Tsai Ing-wen // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.