close
Məzmuna keç

İrqun

Vikipediya, azad ensiklopediya
İrqun
Loqonun şəkli
Quruluş tarixi 1931
Dağılma tarixi 28 sentyabr 1948
Xələfi İsrail Silahlı Qüvvələri
İdeologiya milliyyətçilik, Sionizm
İdeoloji spektr sağçılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrqun (ivr. ארגון; tam adı: ivr. הארגון הצבאי הלאומי בארץ ישראל Rom: Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, azərb. İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat) — 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. הגנה, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. הגנה ב), və ya alternativ olaraq haHaganah haLeumit (ivr. ההגנה הלאומית) ya da Hama'amad (ivr. המעמד) olaraq tanınmağa başlanmışdır.[1] İrqun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edilmişdilər. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (ivr. אצ"ל) olaraq da bilinir.

İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi. Howard Sacharın fikrincə, "Yeni təşkilatın siyasəti Jabotinskynin təlimlərinə söykənirdi: Hər bir yəhudinin Fələstinə girmək hüququ var idi; yalnız aktiv qisas ərəbləri çəkindirəcək; Yalnız yəhudi silahlı qüvvələri yəhudi dövlətinə zəmanət verəcəkdi."[2]

İrqunun ən məşhur əməllərindən ikisi, 22 iyul 1946-cı ildə Qüdsdəki King David Hotelinin bombalanması və 9 aprel 1948-ci ildə Lehi birlikdə həyata keçirilmiş olan Deir Yassin qətliamıdır.

İrqun terror təşkilatı və ya terror aktları həyata keçirən bir təşkilat olaraq görülür.[3][4][5] Encyclopædia Britannicaya görə təşkilat xüsusilə "özünün qanunsuz bir işğalçı hesab etdiyi ingilislərə qarşı terror və sui-qəsd aktları həyata keçirmişdir və eyni zamanda anti-ərəb əhval-ruhiyyəli idi."[6] İrqun, Birləşmiş Millətlər Təşkilatı, İngiltərəABŞ hökuməti və The New York Times qəzeti,[7][8] Anqlo-Amerikan İstintaq Komitəsi,[9][10] 1946-cı il Sionist Konqresi[11] və Yəhudi Agentliyi[12] kimi media qurumları tərəfindən də terror təşkilatı kimi təsvir edilmişdir.

İrqun, bugünkü Likud partiyasının yaranmasına səbəb olan İsrailin sağçı Herut (və ya "Azadlıq") partiyasının siyasi öncülü idi.[13] 1977-ci ildən bəri Likud İsrail hökumətlərinin əksəriyyətinin başında olmuş və ya onların bir hissəsi olmuşdur.

  1. Jacob Shavit, Jabotinsky and the Revisionist Movement 1925–1948 p. 97 Routledge 1988 ISBN 978-0-7146-3325-1
  2. Howard Sachar: A History of Israel: From the Rise of Zionism to Our Time, pp. 265–266
  3. Terror out of Zion : Irgun Zvai Leumi, LEHI, and the Palestine underground, 1929-1949. Dublin: Academy Press. 1979. ISBN 978-0-906187-11-1. 1 fevral 2017 tarixində arxivləşdirilib.
  4. The Terrorism Reader. Routledge. 2012. səh. 29. ISBN 0415687314.
  5. Encyclopedia of Terrorism. Thousand Oaks: SAGE Publications. 2002. səh. 181. ISBN 145226550X.
  6. "Irgun Zvai Leumi | Jewish right-wing underground movement". Encyclopædia Britannica. 1 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2016.
  7. Pope Brewer, Sam. Irgun Bomb Kills 11 Arabs, 2 Britons Arxivləşdirilib 2014-05-12 at the Wayback Machine. New York Times. December 30, 1947.
  8. Irgun's Hand Seen in Alps Rail Blast Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine. New York Times. August 16, 1947.
  9. W. Khalidi, 1971, 'From Haven to Conquest', p. 598
  10. Encyclopedia of world history Vol 5 pg 20. Infobase Publishing. 2008.
  11. Jewish Terrorism and Jewish Resistance // The Jewish Plan for Palestine—Memoranda and Statements presented by The Jewish Agency for Palestine to the United Nations Special Committee on Palestine. The Jewish Agency for Palestine, Jerusalem. 1947. 20–26.
  12. Major Political Developments // The Jewish Plan for Palestine—Memoranda and Statements presented by The Jewish Agency for Palestine to the United Nations Special Committee on Palestine. The Jewish Agency for Palestine, Jerusalem. 1947. səh. 32.
  13. Eisenstadt, S.N. The Transformation of Israeli Society. London: Weidenfeld and Nicolson. 1985. 173–174. ISBN 0-297-78423-4. One of the main developments in the initial period of the State was the growth of the Herut party.... It developed from the older Revisionist groups, the 'terrorist' groups of the Irgun Zvai Leumi and members of the Revisionist party ... in 1965 Herut founded, together with the great part of the Liberals, a parliamentary bloc ... in 1973, with the addition of other small groups, it became transformed into Likud

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]
  • J. Bowyer Bell, Terror Out of Zion: Irgun Zvai Leumi, Lehi, and the Palestine Underground, 1929–1949 (Avon, 1977), ISBN 0-380-39396-4
  • Menachem Begin, The Revolt: Memoirs of the Leader of the Irgun, Dell Books, (New York, NY, 1978)
  • Tintin au Pays de l'Or Noir, by Herge. Original version, 1971.
  • The Hope (novel), by Herman Wouk, 1993.
  • Dawn (Wiesel novel), by Eli Wiesel, 1961.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]