close
Məzmuna keç

Veksillologiya

Vikipediya, azad ensiklopediya
Image
Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyasının bayrağı. Bayraqda şkot düyünü təsvir olunmuşdur.

Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır.

Bayraqların identifikasiya simvolları

[redaktə | vikimətni redaktə et]

Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir.

Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür.

İstifadəsi Şəxsi Hökumət Hərbi
Quruda Mülki (milli) Dövlət (hökumət) Ordu
Suda Mülki (dəniz) Dövlət (dəniz) HDQ

Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib:

Simvol Mətn ifadəsi Təsviri ing. İstifadə sahəsi
Image C**/*** Civil Flag Vətəndaşlar tərəfindən quruda
Image *S*/*** State Flag Dövlət müəssisələri tərəfindən quruda
Image **W/*** War Flag Quru qoşunları tərəfindən
Image ***/C** Civil Ensign Vətəndaşlar tərəfindən şəxsi gəmilərdə. Ticarət bayrağı.
Image ***/*S* State Ensign Dövlət gəmilərində
Image ***/**W War Ensign Hərbi Dəniz Qüvvələri bayrağı
Image CS*/*** Civil and State Flag Vətəndaşlar və dövlət müəssisələri tərəfindən quruda
Image *SW/*** State and War Flag Dövlət müəssisələri və quru qoşunları tərəfindən quruda
Image CSW/*** National Flag Bütün məqsədlər üçün quruda
Image ***/CSW National Ensign Bütün məqsədlər üçün suda
Image CSW/CSW National Flag and Ensign Bütün məqsədlər üçün quruda və suda

Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.:

  • Image Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi
  • Image Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib
  • Image Bayrağın təsvirlər əsasında bərpası
  • Image Bayrağın arxa tərəfi
  • Image Qeyri-əsas, amma istifadə edilən şəkil
  • Image Bayrağın alternativ versiyası
  • Image Bayrağın de-fakto versiyası
  • Image İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var
  • Image Bayrağın ağacından sola bayrağın ön tərəfi
  • Image Rəsmi təsdiq edilmiş bayraq
  • Image Tarixən istifadə edilən bayraq
  • Image Arxa tərəfi — ön tərəfinin güzgü əksi
  • Image Arxa tərəfi ön tərəfi ilə eynidir
  • Image Arxa tərəfindəki təsvir məlum deyil
  • Image Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın.
  • Image Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
  • Image Şaquli asılma tərzi məlum deyil
  • Image Bayraq simmetrikdir və onu sərbəst şəkildə şaquli asmaq olar
  • Image Bayraq yalnız şaquli asıla bilər

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]